HƏMAS Təl-Əvivi raket hücumuna tutdu

Mühasirəyə alınan Qəzzadan İsrailə raketlər atılıb. İsrail ordusu paytaxt Təl-Əvivdə hava hücumu sirenlərinin eşidildiyini açıqlayıb. HƏMAS-ın silahlı qanadı Əl-Qəssam briqadaları İsrailin paytaxtı Təl-Əvivə raketlərlə hücum etdiyini təsdiqləyib.
Sherg.az xəbər verir ki, İsrail ordusunun Homefront komandanlığı raketlərin buraxılmasından sonra Tel-Əvivdə hava hücumu sirenlərinin səsləndiyini açıqlayıb.

HƏMAS-ın silahlı qanadı Əl-Qəssam briqadaları öz bəyanatında İsrailin paytaxtı Təl-Əvivə raketlərlə hücum etdiyini təsdiqləyib.

İsrail 5 raketin Təl-Əvivə, eləcə də Holon və Bat Yam da daxil olmaqla yaxınlıqdakı şəhərlərə atıldığını açıqlayıb.

HƏMAS-ın raket hücumu oktyabrın 7-də İsrailin cənubuna hücumunun ildönümündə baş verib.