Ölkəni silkələyən DƏHŞƏT! 3 gündə 3 qətl hadisəsi

Kanada üç gündə üç nəfəri öldürən qadının qatil hadisəsi ilə sarsılıb. Qatil törətdiyi hadisələrdən sonra üç gün ərzində qaça bilib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Ontario polisi Torontoda yaşayan bir qadının 3 nəfəri öldürdüyünə görə həbs edildiyini və şübhəlinin 'seriyalı qatil' ola biləcəyini açıqladı.

Polisin məlumatına görə, Sabrina Kauldhar adlı 30 yaşlı qadın Toronto, Niaqara şəlaləsi və Hamiltonda bir-biri ilə əlaqəsi olmayan üç qətlə görə məsuliyyət daşıyır. Üç fərqli şəhərdə tapılan iki kişi və bir qadının cəsədi, polisin üç gündür araşdırdığı işlərdə şübhəlini göstərir.


Kanadanı silkələyən qətllər üç gün dalbadal törədilib. İlk hadisə oktyabrın 1-i çərşənbə axşamı günortadan sonra Torontoda qeydə alınıb.

Polis Keele və Dundas küçələri yaxınlığındakı evdə naməlum qadın cəsədi tapıb. Meyitin üzərində heç bir xəsarət izi olmayıb.

Ertəsi gün günorta saat 15:00 radələrində Niaqara şəlaləsi ərazisindəki Con Allan Parkında ağır yaralı adam tapılıb. Xilasetmə qruplarının səylərinə baxmayaraq, yaralı hadisə yerində keçinib.

Oktyabrın 3-də bıçaqlanma hadisəsi xəbəri bu dəfə Həmiltondakı dayanacaqdan gəlib. Polis məmurları MacNab küçəsinin şimal bölgəsindəki dayanacağa gəldikdə, yaşlı bir kişi huşsuz halda yerdə uzanmış halda aşkarlanıb. Xəstəxanaya aparılan kişi həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib.

Kanada mətbuatında əks olunan xəbərlərdə Torontoda öldürülən qadının Sabrina Kauldharın otaq yoldaşı olduğu haqda məlumat var.

Polisin məlumatına görə, ikinci və üçüncü qətlin qurbanları Kauldhar tərəfindən təsadüfi seçilib.

Sabrina Kauldhar məhkəmə qarşısına çıxacaq və iki birinci dərəcəli qətl və bir ikinci dərəcəli qətllə ittiham olunacaq.