Tel-Əvivdə sirenlər səslənir

Tel-Əvivdə və İsrailin mərkəzində sirenlər səslənir.
APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Məlumatda bildirilib ki, 7 oktyabr hücumundan düz bir il sonra Qəzza zolağından atılan mərmilərə görə Tel-Əvivdə və İsrailin mərkəzində sirenlər səslənib.