Toplaya bilmədi: Fermer 500 ton soğanı pulsuz paylayır

Türkiyənin Tokat bölgəsinin Erbaa rayonunda fermer Cihan Aydın toplaya bilmədiyi 500 ton soğanı xalqa pulsuz paylamaq qərarına gəlib.
Sherg.az xəbər verir ki, Tokatın Tosunlar kəndində yaşayan 35 yaşlı Cihan Aydın 300 hektar sahədə əkinçiliklə məğuldur.
Keçən ilə qədər yem istehsal edən Aydın bu il soğan, kartof, qarpız kimi məhsullar əkib, bu il 65 dekar sahədə soğan əkib.


Artan əmək və istehsal xərcləri səbəbindən məhsulunu yığa bilməyən Aydın, torpağı yeni mövsümə hazırlamaq lazım gəldiyi üçün məhsulu torpağa qarışdırmaq əvəzinə vətəndaşlara pulsuz paylamaq qərarına gəlib.

Cihan Aydın bildirib ki, vətəndaşlar təxminən 65 dekar sahədə orta hesabla 500 ton soğan yığıb pulsuz ala bilərlər.