Sabirabadda dayı 11 yaşlı bacısı oğlunu avtomobillə vurub

Sabirabadda sürücü 11 yaşlı bacısı oğlunu avtomobillə vurub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Çöl Beşdəli kəndində baş verib. “Mercedes” markalı avtomobil kənd sakini, 2013-cü il təvəllüdlü E.Rzayevi vurub. Uşaq xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirlib.

Avtomobili idarə edən şəxsin uşağın dayısı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.