ABŞ Prezidenti: İsrailin təhlükəsizliyinə tam sadiqik

İsrailin təhlükəsizliyinə tam sadiqik.
APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Baydenin HAMAS-ın İsrailə hücumunun ildönümü ilə bağlı bəyanatında deyilir.

"İsrailin Hizbullah, HAMAS, husilər və İranın hücumlarına qarşı özünü müdafiə etmək hüququnu dəstəkləyirik", - bəyanatda qeyd edilib.

Bayden 7 oktyabrın "Fələstin xalqı üçün də qara gün" olduğunu bildirib.