İsrail il boyu ölkəyə atılan raketlərin sayını açıqladı

Hərbi əməliyyatlar ili ərzində İsrail ordusu ölkəyə atılan 26 mindən çox mərmi, raket və PUA buraxılışını qeydə alıb.

Axar.az xəbər verir ki, bu barədə İsrail silahlı qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, onlardan 13,2 mini Qəzza zolağından, 12,4 mini isə Livandan atılıb.

Bundan əlavə, İrandan 400-ə yaxın, Yəməndən 180, Suriyadan isə 60-a yaxın hava hücum vasitələri buraxılıb.

Qeyd edək ki, bu gün Qəzzadan İsrailə hücumun birinci ildönümüdür.