Yer kürəsində maqnit qasırğası başladı

Bazar ertəsi gecə saatlarından Yer kürəsində zəif maqnit qasırğası başlayıb. Qsırğa günorta başa çatacaq, onun maksimal intensivliyi zəif və mülayim arasında dəyişəcək.

Axar.az xəbər verir ki, bunu “Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus Teleqram kanalında yazıb.

O bildirib ki, bütün beynəlxalq proqnoz mərkəzlərinin 3 oktyabrda axşam saatlarında başlamasını gözlədiyi maqnit qasırğası yalnız dünən gecə başlayıb:

“Yenilənmiş proqnozlara görə, fasilələrlə davam edən maqnit qasırğası bu günün ikinci yarısında, saat 15:00-dan sonra başa çatacaq”.