Bir vaxtlar Hitler bəşəriyyətin ümumi səyləri ilə dayandırıldığı kimi, Netanyahu və onun qətlləri də dayandırılacaq.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzada müharibənin başlamasının 1-ci ildönümü ilə bağlı X hesabında yazıb.
"İsrail artıq bir ildir ki, törətdiyi soyqırımın əvəzini gec-tez ödəyəcək. 365 gün əvvəl sağ olan, əksəriyyəti uşaq və qadın olan 50 min qardaş-bacımız vəhşicəsinə qətlə yetirildi. Qəzzada xəstəxanalar, müxtəlif dinlərin ibadət yerləri, məktəblər dağıdılıb. Artıq aramızda çoxlu jurnalist, ictimai təşkilatların nümayəndələri, sülh səfirləri yoxdur”, – Ərdoğan qeyd edib.
O vurğulayıb ki, Qəzzada, Fələstində, Livanda təkcə qadınlar, uşaqlar və digər günahsız insanlar yox, həm də bəşəriyyət, bəşəriyyətə xidmət etməkdə gecikən təşkilatlar və bütövlükdə beynəlxalq sistem ölür.