Türkiyədə terror aktı törətməyi planlaşdıran kamikadze zərərsizləşdirilib

Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) Suriyanın Amude bölgəsində Türkiyədə kamikadze hücumu planlaşdırdığı üzə çıxan terror təşkilatı PKK/YPJ-nin sözdə liderlərindən olan Hezal Belgeni zərərsizləşdirib.

Sherg.az xəbər verir ki, MİT apardığı kəşfiyyat araşdırmalarında "terrorçuluqla bağlı axtarılanlar siyahısı"nda boz kateqoriyada olan və PKK/YPJ-nin Amude bölgəsindən sözdə məsul olan "Jinda Gundikramo" kod adlı terrorçu Hezal Belgenin olduğunu müəyyən edib. 
Türkiyədə kamikadze hücumu planlaşdırır.

Təhlükəsizlik qaynaqlarından əldə edilən məlumata görə, MİT-in hədəf siyahısında olan Belge Türkiyədə təhlükəsizlik qüvvələrinin aktiv önləyici tədbirləri səbəbilə bir çox aksiya cəhdlərini hər dəfə daha sonrakı tarixə təxirə salıb.

Nəhayət, Amudedə aşkarlanan terrorçu Belge nöqtə əməliyyatı ilə zərərsizləşdirilib.

Terrorçunun Suriya xalqını təşkil etməyə və terror təşkilatında iştirakını təmin etməyə çalışdığı da müəyyən edilib.

2004-cü ildə terror təşkilatının kənd kadrlarına qoşulan terrorçu Belge uzun illər Şimali İraqda PKK/KCK-nın sözdə lideri kimi fəaliyyət göstərib.

Daha sonra Suriyaya köçən və PKK/YPJ təşkilatının sözdə lideri kimi fəaliyyət göstərən Belge 2021-ci ildə baş verən qarşıdurmada başından yaralanıb.

İraqın Süleymaniyyə şəhərində müalicə aldıqdan sonra Suriyaya qayıdan Bele sonuncu dəfə PKK/YPG-nin sözdə Amude zabiti kimi fəaliyyət göstərib.