Kəşfiyyat İsrailin bütün addımlarını izləyir - Ərdoğan

Kəşfiyyat İsrailin Türkiyəyə qarşı ehtimal olunan gələcək addımlarını izləyir.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“İsrailin təcavüzünə göz yummaq olmaz. Hazırda kəşfiyyatımızın köməyi ilə İsrailin Türkiyə ilə bağlı əvvəllər atdığı və ya gələcəkdə atacağı bütün addımları təbii olaraq nəzarət altında saxlayırıq. İsrail təkcə hücum etdiyi Fələstin və Livanın sabitliyini hədəf götürmür, alovu bütün bölgəyə yaymağa çalışır. Biz bütün bunları bilirik və boş oturmuruq. Və təbii ki, hökumətimiz cəmiyyətimizi təhdid edən hər cür riskləri müəyyən edib aradan qaldırmaq üçün səylər göstərir”, - Ərdoğan bildirib.