ABŞ İŞİD-in Suriyadakı düşərgəsini vurdu

ABŞ Suriyada İŞİD terror qruplaşmasının düşərgələrinə bir neçə hava zərbəsi endirib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığından (CENTCOM) məlumat verilib.

“ABŞ Mərkəzi Komandanlığı oktyabrın 11-i səhər Suriyada İŞİD-in bir neçə düşərgəsinə bir sıra hava zərbələri endirib. Hava hücumları terror qruplaşmasını ABŞ-a, müttəfiqlərinə və tərəfdaşlarına, mülki şəxslərə qarşı hücumları planlaşdırmaq, təşkil etmək və həyata keçirmək qabiliyyətindən məhrum edəcək”, - məlumatda qeyd olunub.