Afrikada meymun çiçəyi virusundan ölənlərin sayı 1100-ə yüksəldi

Afrika İttifaqının Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (Africa CDC) meymun çiçəyi virusunun (mpox) səbəb olduğu ölümlərin bütün qitədə 1100-ə çatdığını açıqladı.
Sherg.az xəbər verir ki, Afrika CDC-nin baş direktoru Jean Kaseya mətbuata verdiyi açıqlamada virusla bağlı cari məlumatları paylaşıb.

Kaseya, son bir həftədə 3 min 51 nəfərdə virusun aşkar edildiyini və epidemiyada 50 nəfərin öldüyünü, Zimbabve və Zambiyada yeni halların baş verdiyini açıqlayıb.

Kaseya epidemiyanın Afrikanın 18 bölgəsində yayıldığını və yoluxma sayının 42 min 438, epidemiyada ölənlərin sayının isə 1100-ə yüksəldiyini bildirib.