Navalnaya Rusiya prezidenti olmaq istəyir

Yuliya Navalnaya Rusiya prezidenti olmaq niyyətindədir.
Bakupost.az xəvər veir ki, o, bu barədə BBC-yə müsahibəsində bildirib.
“Rusiyaya qayıtsam, prezidentliyə namizədliyimi irəli sürəcəyəm”, - o deyib.
Qeyd edək ki, Yuliya Navalnaya ictimai xadim və müxalif siyasətçi Aleksey Navalnının həyat yoldaşıdır. O, həyat yoldaşını siyasi karyerası boyunca və həbsindən sonra fəal şəkildə dəstəkləyib. Yuliya Navalnaya Rusiyada müxalifət hərəkatının aparıcı simalarından biri kimi, xüsusən 2020-ci ildə Aleksey Navalnının zəhərlənməsi, sonradan həbs olunması, həmçinin ölümündən sonra meydana çıxıb.