İsrail ordusu: Qəzzada briqada komandirimiz öldürüldü

Fələstinə qarşı hücumlarını davam etdirən İsrail Qəzzada böyük zərbə alıb.

Sherg.az xəbər verir ki,  İsrail Müdafiə Qüvvələrindən (IDF) verilən açıqlamada Qəzza zolağının şimalında baş verən qarşıdurmalar zamanı 401-ci Zirehli Briqada komandiri polkovnik Ehsan Daqsanın (41) öldürüldüyü bildirilib.

"Cibaliyedəki əməliyyatlar zamanı Daqsanın tankı və başqa bir tank partlayıcı ilə hədəfə alındı" deyən açıqlamada Dəqsanın öldüyü zaman tankın xaricində olduğu vurğulanıb. Hadisə nəticəsində 2 zabitin yaralandığı bildirilib.