Azarrkeşlərin razı qalacağına inanıram" - Qurban Qurbanovdan "Ayaks" açıqlaması
Azarrkeşlərin razı qalacağına inanıram" - Qurban Qurbanovdan "Ayaks" açıqlaması
10:44 23.10.2024
İdman
552
Çox vacib matçdır.
Bakupost.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında Niderlandın "Ayaks" komandasına qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis tanınmış kluba qarşı oynayacaqlarını bildirib:
"Rəqib dünya futbolunda tanınır. "Ayaks"ın futbolun böyüməsində çox payı olub. Qarşılaşmaya pis hazırlaşmamışıq. Futbolçuların hazırlıq səviyyəsi pis deyil, istəklidirlər. Azarkeşlərin razı qalacağına inanıram. Bu da bizim üçün önəmlidir".
Q.Qurbanov Marko Veşoviş və Mateus Silvanın sözügedən görüşdə meydana çıxmayacağını söyləyib:
"Belə klubların Bakıya gəlməsi futbolumuza sevginin artması, inkişaf üçün böyük təkandır. Azyaşlı oyunçular belə nəhəng klubların Azərbaycana gəldiyini görür. Bu da futbola sevgini daha da artıra bilər. Bizim də təcrübəmiz çoxdur. Böyük klublara qarşı oynamışıq. Çəkinmirik, məğlubiyyətlər də görmüşük. Gələcəyə nikbin baxmaq və böyümək istəyiriksə, bu cür komandalarla oynamaqdan çəkinməməliyik. Belə rəqibə qarşı necə düzgün oynamalıyıq? Bu barədə düşünməliyik. Rəqib yaxşı kollektivdir, dinamik və ağıllı futbol sərgiləyir. Onlara qarşı mübarizə aparacağıq və bəzi şeyləri də öyrənirik".
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin III turuna təsadüf edən "Qarabağ" - "Ayaks" matçı oktyabrın 24-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual