
İranın cavab vermək potensialı yoxdur - RƏY
02:54 25.10.2024
Dünya
552
İsrailin və ABŞ-nin məqsədi mövcud teokratik rejimi dəyişməkdir
“İsrailin İrana hava hücumu vəziyyəti dramatikləşdirə bilər, ancaq nəzarətdən çıxması az inandırıcıdır”
İsrail-İran gərginliyi davam edir. Xəbər verdiyimiz kimi, ABŞ İsraili Yaxın Şərqdə gərginliyin artmasının qarşısını alacaq şəkildə İrana qarşı cavab tədbirləri görməyə çağırıb. Dövlət katibi Antoni Blinken deyib ki, İsrailin daha da gərginləşməyə səbəb olmayacaq şəkildə cavab verməsi çox vacibdir. İsrailin İranın raket hücumuna cavab zərbəsi planını ABŞ Müdafiə Nazirliyinin yüksəkrütbəli əməkdaşı, İran əsilli ABŞ vətəndaşı Arin Təbatəbai ifşa edib. "Skay Nyus" məlumat yayıb ki, ABŞ kəşfiyyat orqanları Pentaqonun yüksəkrütbəli əməkdaşı Arin Təbatəbainin gizli planı ifşa etdiyini və bu barədə məlumatları Tehrandakı mənbələrə sızdırdığını ehtimal edir. Qeyd edilib ki, Arin Təbatəbainin tutduğu vəzifə yüksək səviyyədə məxfi məlumatlara çıxış imkanı verir. Təbatəbai isə "Faks Nyus"a açıqlamasında barəsində irəli sürülən ittihamları rədd edib. ABŞ İsrailin İrana qarşı cavab tədbirləri planlarına dair məxfi kəşfiyyat məlumatlarının sızmasını araşdırdığını elan etmişdi. İranlı analitik Mahmud Şuri da deyib ki, ABŞ İranla birbaşa hərbi toqquşmaya can atmır, amma Tehranla qarşıdurmada İsraildən istifadə etməyə davam edəcək.
AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Oruclu "Sherg.az"a deyib ki, HƏMAS-ın ötən il İsrailə qəfil hava hücumu və dinc sakinləri girov götürməsi əməliyyatından sonra başlanan müharibənin arealının genişlənəcəyi proqnozlaşdırılırdı. Ekspert vurğulayıb ki, Livandakı Hizbullah, Yəməndəki Husilər bir-birləri ilə əlaqəli fəaliyyət göstərirlər:

"Onların hamısı İranın təsiri altındadır və Tehranın hər cür dəstəyini alırlar. İran İslam dünyasını parçalamaqla və bu kimi təşkilatları maliyyələşdirməklə, silahlandırmaqla regionda fəal oyunçuya çevrilib. Onun İraq, Suriya, Livan, Fələstin, Yəmən kimi böyük coğrafiyalardakı proksi qüvvələri təhlükəli durum yaradıblar. Bu silahlı təşkilatlar həm ABŞ-nin regiondakı varlığına, həm də İsrailin planlarına əngəl törədir. İranın varlığı eyni zamanda ərəb dövlətləri üçün də arzuolunan deyil. İllərdir Qərb İranı nüvə silahı əldə etmək planlarına görə sanksiya altında saxlayır. Lakin Tehranın Rusiya və Çinlə aktiv iqtisadi, ticari və hərbi əlaqələri Qərbin öz məqsədlərinə çatmasına imkan vermir".
Ə.Oruclu vurğulayıb ki, Məsud Pezeşkianın xarici siyasətində Qərblə yaxınlaşma xətti müşahidə edilməkdədir:
"Əgər bu siyasət bəhrəsini verərsə, Amerika Birləşmiş Ştatlarının və İsrailin həm Qərbə, həm də İrana təsir imkanları azalır. Qərbin ABŞ-dən asılılığı zəifləyə bilər. Məlum olduğu kimi, Ukrayna-Rusiya müharibəsindən sonra Avropanın Vaşinqtondan enerji asılılığı daha da artıb. Amma İsrail İrana hücum edərsə, bunun çox ziddi fəsadları olar. Mən İranın İsrailə hər iki hava hücumunu effektiv hesab etmirəm. Bu, daha çox razılaşdırılmış addım kimi görünür. Çünki İsrailin İranın patronajlıq etdiyi hədəfləri məhv etməsi və İranın "qırmızı cizgi" saydığı sahələrə zərbələri onun beynəlxalq və regional imicini və etibarını xeyli zədələmişdi. Məcburi cavab zərbələri endirilməliydi. İran İslam dünyasına liderlik uğrunda Səudiyyə Ərəbistanı, Misir və Türkiyə ilə rəqabətdədir. İranın İsrail ABŞ hərbi gücünə adekvat cavab vermək, yaxud müharibə aparmaq potensialı yoxdur. Məncə, İsrailin və ABŞ-nin məqsədi mövcud teokratik rejimi dəyişməkdir. Digər hədəf isə Türkiyəni cəlb etməkdir. İsrailin İrana hava hücumu vəziyyəti dramatikləşdirə bilər, ancaq nəzarətdən çıxması az inandırıcıdır".
Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm