SEPAH 10 polisin qisasını alır: 3 silahlı məhv edildi

İranın Sistan və Bəlucistan əyalətininin Zahidan yaxınlığında yerləşən Serkal rayonunun Kurin bölgəsində SEPAH 3 silahlı şəxsi öldürüb.

Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Rəsmi məlumatda həmin şəxslərin iki gün əvvəl 10 polis əməkdaşının öldürülməsində iştirak etdikləri bildirilib.

SEPAH-a məxsus PUA-larla həyata keçirilən əməliyyatda öldürülənlərin hansı təşkilata mənsub olduqları barədə açıqlama verilməyib.