Avropadan Gürcüstandakı seçkilərə sərt - Reaksiya

26 oktyabrda Gürcüstanda keçirilən parlament seçkiləri ilə bağlı Avropa ölkələrinin liderləri münasibətlərini açıqlayıblar.
Axar.az onlardan bəzilərini təqdim edir:

Norveç xarici işlər naziri Espen Bart Eyde: Məni ATƏT/DTİHB-nin Gürcüstandakı seçkilərlə bağlı geniş yayılmış qanun pozuntularını, seçicilərin sıxışdırılmasını, hədə-qorxu və qeyri-bərabər şərtləri sənədləşdirən hesabatı narahat edir. Seçki prosesinin ədalətli olması ilə bağlı qeyri-müəyyənlik etimadı sarsıdır və həll edilməlidir.

Latviya Prezidenti Edqars Rinkeviçs: Gürcü xalqının Avropa arzusu var, heç kimin hədə-qorxu və manipulyasiya yolu ilə bu arzunu oğurlamağa haqqı yoxdur. Gürcüstan əhalisi və Prezident Salome Zurabişvili ilə tam həmrəylik nümayiş etdirirəm (Qeyd edək ki, Zurabişvili seçkilərin saxtalaşdırıldığını bildirib və nəticələri tanımaqdan imtina edib – red.).

İsveç xarici işlər naziri Mariya Stenerqaard: ATƏT/DTİHB və digər müşahidəçilər tərəfindən Gürcüstanda qeydə alınan seçki pozuntuları məni ciddi şəkildə narahat edir. İnamı bərpa etmək üçün mən Gürcüstan hakimiyyətini bu məsələləri əhatəli siyasi proses vasitəsilə həll etməyə çağırıram. Biz Gürcüstanın Avropaya inteqrasiyası üzərində həqiqətən də Avropa dəyərlərinə və prinsiplərinə sadiq olan parlamentin bütün qüvvələri ilə işləməyə hazırıq. Vətəndaş cəmiyyətini və fundamental hüquqları məhdudlaşdıran qanunlar Gürcüstanın Avropa istəklərini sarsıdır və qütbləşməni artırır. Onlar ləğv edilməlidir.

Almaniya Xarici İşlər Nazirliyi: ATƏT/DTİHB-nin Gürcüstandakı seçkilərlə bağlı hesabatını tam dəstəkləyirik. Gərginliklər və aradan qaldırılmalı və düzəldilməli olan pozuntularla bağlı xəbərlərdən narahatıq. Almaniya Gürcüstandakı gələcək hadisələri diqqətlə izləyir və bütün tərəfləri təmkinli olmağa, zorakılıqdan və daha çox qütbləşmədən qaçmağa çağırır. Seçki nəticələrinin idarə edilməsi və hökumətin formalaşması Gürcüstanın gələcək tərəqqisinə və Avropa yoluna da təsir edəcək.

Qeyd edək ki, Litva və Estoniya da parlament seçkilərinində baş verən pozuntulardan narahatlıqlarını bildiriblər.