"Gürcü Arzusu" neçə mandat qazandı? - Spiker açıqladı

Xəbər verdiyimiz kimi, Gürcüstanın hakim partiyası - "Gürcü Arzusu" parlament seçkilərində qalib gəlib.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, "Gürcü Arzusu" parlamentdəki 150 yerdən 89-nu qazanıb.
Bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.
"Gürcüstanın hakim partiyası seçkilərdə qalib gəldikdən sonra 150 mandatdan 89-nu əldə edib", - deyə spiker vurğulayıb.