Bakı niyə Ermənistana qaz satsın ki! - Manvelyan

Ermənistana qaz ixracı Azərbaycan üçün iqtisadi cəhətdən səmərəli deyil.

Axar.az xəbər verir ki, bu sözləri enerji təhlükəsizliyi sahəsində erməni ekspert Armen Manvelyan “Enerji prosesləri: region” mövzusunda seminarda deyib.

O bildirib ki, Azərbaycanın əlavə bazarlara ixrac etmək üçün əlavə qaz həcmi yoxdur, çünki Avropaya mavi qaz tədarükünü artırmağa çalışır.

Manvelyan xatırladıb ki, Avropaya qaz ixracını iki dəfə artırmağı hədəfləyən Azərbaycan qardaş Türkiyəyə qazın min kubmetrini 290 dollara satır, Ermənistan isə sərhəddə Rusiya qazının hər min kubmetrinə 165 dollar verir.

Bu müqayisəni aparan erməni ekspert Azərbaycanın Ermənistana qaz ötürməyə həvəsli olmayacağını vurğulayıb.