İranın məşhur din xadimindən Pezeşkiana irad

İranın məşhur din xadimi Ayətullah Məkarim Şirazi İran Prezidenti Məsud Pezeşkianla görüşüb.

Oxu.Az "Azad İran"a istinadla xəbər verir ki, Şirazi ölkədə məcburi hicab məsələsinə toxunub:

"Hicabın məcburi şəkildə tətbiqi nə praktikdir, nə də düzgün! Hicab problemi ədalətli şəkildə həllini tapmalıdır!" - deyə din xadimi bildirib.