
Araşdırmaçı-jurnalist: ABŞ-nin Cənubi Qafqaz və Azərbaycanla bağlı öz maraqları var
11:20 05.11.2024
Siyasət
394
“Amerika Birləşmiş Ştatlarında kimin prezident olmasından asılı olmayaraq Azərbaycan və ya Cənubi Qafqaza münasibətdə hansısa korrektələr olacağına ümidlər yersizdir”.
Bu sözləri “sherg.az”a açıqlamasında araşdırmaçı- jurnalist Asəf Quliyev deyib.
Prezidentliyə namizəd Donald Trampın bir həftənin içində iki dəfə ermənipərəst mövqedən çıxış etməsinə gəldikdə isə A.Quliyev deyib ki, Azərbaycanda Donald Trampa yaranmış rəğbət hissi, bəzi politloqların onunla bağlı verdiyi şərhlər, ehtimallarına söykənir:

“Görünür ki, onların apardıqları təbliğat öz nəticəsini verib və bir qrup şəxslər hesab edir ki, Donald Tramp yenidən ABŞ prezidenti seçilərsə, Cənubi Qafqaza, xüsusən Azərbaycana münasibətdə müsbət dəyişikliklər olacaq. Lakin bunlar yanlış düşüncədir. ABŞ-nin öz maraqları var və Cənubi Qafqaza yönəlik siyasəti də məhz bu maraqlar prizmasından çıxış edir”.
Azərbaycanda Respublikaçılara və Demokratlara yaxın siyasi dairələrin olduğunu vurğulayan A.Quliyev deyib ki, Trampla bağlı verilən müsbət proqnozların da əsas səbəbi budur:
“Trampın qarabağ erməniləri ilə bağlı açıqlaması sadəcə prezident seçkilərinə hesablanmış bir addımdır. Kimin prezident seçilməsindən asılı olmayaraq Amerika Birləşmiş Ştatları maraqlıdır ki, Cənubi Qafqazda sülh olsun, bölgə Rusiyanın təsir dairəsindən çıxsın və region dövlətləri qərb yönümlü siyasət yeritsinlər”.
Qeyd edək ki, ABŞ prezidentliyinə namizəd Donald Tramp Böyük Kilikiya Evinin katolikosu I Arama zəng edib. Katolikosluqdan yayılan məlumatda Trampın Qarabağ ermənilərinə dəstək və regionda sülhün bərpasına səy göstərilməsinə dəstək ifadə etdiyi bildirilib. Telefon danışığı zamanı Trampın ABŞ-dəki erməni icmasını da salamladığı vurğulanıb. I Aram isə Trampa Qarabağ erməniləri ilə bağlı mövqeyinə görə təşəkkür edib.
Qeyd edək ki, Tramp bundan öncə prezident seçiləcəyi təqdirdə Azərbaycanla Ermənistan arasında sülhü bərpa edəcəyini bildirib. O, həmçinin guya təqib edilən xristianları müdafiə edəcəyini deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya