
Müharibə bitib: Avropanın güc mərkəzləri "ofsaytda"
01:11 06.11.2024
Siyasət
453
Artıq onların əllərində hansısa rıçaq, manipulyasiya aləti yoxdur
“Məcburdurlar ki, Aİ missiyası adı altında hansısa məsələlərə müdaxilələr etsinlər"
"Cənubi Qafqaz regionu, xüsusilə Azərbaycanın 44 günlük müharibədən sonra yaratdığı reallıq qlobal səviyyədə bütün diqqətlərin bölgəyə yönəlməsinə səbəb olub. Yaxşı mənada Azərbaycan Cənubi Qafqazı sülh və əməkdaşlıq platformasına çevirmək istədiyini dünyaya bəyan edib".
Bu barədə millət vəkili Tural Gəncəliyev deyib. Deputat bildirib ki, ən mötəbər beynəlxalq tədbirin - COP29-un ölkəmizdə keçirilməsi dünyanın Azərbaycanın əməyinə, siyasətinə verdiyi böyük önəmdir: "Əfsuslar ki, bu müsbət kontekstdə Avropa İttifaqının Ermənistanda "mülki missiya" adı altında hərbi məqsədlər güdən missiyanın destruktiv hərəkətlərini görürük. Son zamanlar şərti sərhəd zolağında Aİ missiyasının nümayəndələrinin erməni hərbçilərlə birlikdə müşahidə aparması, fransız səfirin yersiz olaraq riskli zonaya gəlməsi, təxribat xarakterli hərəkətləri Avropa güc mərkəzlərinin regionla bağlı məkrli planlarından əl çəkməməsini göstərir. Onlar Ermənistan-Azərbaycan münasibətləri həll edildikdən sonra "ofsaytda" qaldıqlarını anlayırlar. Artıq əllərində hansısa rıçaq, manipulyasiya aləti yoxdur. Məcburdurlar ki, Aİ missiyası adı altında hansısa məsələlərə müdaxilələr etsinlər".

Parlament üzvü vurğulayıb ki, Avropa İttifaqının tarixinə nəzər salsaq, qurumun özünü axtarıb tapmadığını görərik: "Bu, əslində, hərbi komponenti olmayan, daha çox "əməkdaşlıq və iqtisadi birlik" üzərində qurulmuş təşkilatdır. Avropa İttifaqının əsası necə, nəylə qoyulub? 1951-ci ildə 6 dövləti - Belçika, Qərbi Almaniya, Lüksemburq, Fransa, İtaliya və Hollandiyanı birləşdirən “Avropa Kömür və Polad Birliyi” yaradılıb. Sonrakı illərdə Avropa İttifaqının hərbi güc komponenti istiqamətində axtarışlar başladı. Aİ-nin ABŞ-dən asılı olmadan, özünün "Avropa ordusu"nu yaratmaq məsələsi gündəmə gəldi, amma bu da alınmadı. Hamısı da müvəffəqiyyətsizliyə düçar olub. 2006-cı ildə Aİ-nin Konkoda missiyası var idi və iflasa uğradı. 2013-cü ildə Liviyada hakimiyyəti dəyişdikdən sonra orada "xüsusi missiya" təşkil etdilər, o da uğursuzluqla nəticələndi. Əfqanıstana göndərilmiş Aİ missiyası da çox bərbad fəaliyyəti ilə yadda qaldı. Təsəvvür edin, ABŞ-nin, Avropanın Əfqanıstanda olduğu dövr ərzində orada narkotik dövriyyəsinin həcmi daha da artdı. Bunlar göstərir ki, Aİ missiyaları "sülh yaratma" adı altında regionlara müdaxilə edirlər, xaoslar yaratmaqla öz maraqlarını təmin etməyə çalışırlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq