
Ceyhun Bayramov İrəvana gedə bilər?
00:13 06.11.2024
Siyasət
418
Ermənistan COP29 tədbirinə Bakıya kimi göndərəcəksə, Azərbaycan da İrəvana eyni statusda rəsmi şəxs göndərə bilər
Ermənistanın ətraf mühit naziri Akop Simidyan yazıb ki, 2026-cı ildə ölkəsində Biomüxtəliflik üzrə Tərəflər Konfransı – COP17 keçiriləcək. COP17 BMT-nin Bioloji Müxtəliflik Konvensiyası (CDB COP) çərçivəsində keçirilən sammitdir. İki ildən bir keçirilən sammitdə dünyanın hər yerindən hökumətlər meşələr, okeanlar və nəsli kəsilməkdə olan heyvan növləri də daxil olmaqla təbiəti necə qorumağı planlaşdırdıqlarını müzakirə etmək üçün bir araya gəlirlər. Bu il sammitin 16-cı görüşü 21 oktyabr-1 noyabr tarixlərində Kolumbiyanın Kali şəhərində keçirilib. Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 isə BMT-nin İqlim Dəyişikliyi Konfransıdır.
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, COP17-nin Ermənistanda keçirilməsi bir neçə sualı aktuallaşdırır:

"Azərbaycan Ermənistanda keçiriləcək COP17 tədbirinə qatılacaqmı? Azərbaycanı Ermənistanda keçiriləcək COP17 tədbirində kim təmsil edəcək? Əslində, hər iki sualın cavabını bir neçə gün sonra bilmək olacaq. Belə ki, Ermənistan Azərbaycanda keçiriləcək COP29 tədbirinə qatılarsa, rəsmi Bakı da İrəvandakı COP17 tədbirində iştirak edə bilər. Həmçinin Ermənistan Bakıya kimi göndərəcəksə, Azərbaycan da İrəvana eyni statusda rəsmi şəxs göndərə bilər. Məsələn, COP29 çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Bakıya, COP17 çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun İrəvana getməsi mümkündür. Təbii ki, bu, ehtimaldır. Digər tərəfdən, hələ ki Ermənistan Azərbaycanı COP17-yə dəvət etməyib. Lakin COP29 və COP17 Ermənistan-Azərbaycan münaqişəsinin həlli baxımından tarixi fürsət ola bilər. Tərəflər Bakıda COP29 çərçivəsində rəsmi, ya da qeyri-rəsmi görüşdə ilkin sülh müqaviləsini İrəvanda, COP17 tədbiri çərçivəsində isə yekun sülh müqaviləsini müzakirə edə bilərlər. Təbii ki, müzakirə ediləcək məsələlər fərqlidir. Lakin əsas məqam tərəflərin öz meydanlarında ikili danışıqlar təcrübəsinə yiyələnməsi, etimad mühitinin tam təmin edilməsidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq