İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri postuna namizəddir

İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri postuna namizəd göstərilib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, qərar “Gürcü Arzusu” partiyasının siyasi şurası tərəfindən qəbul edilib.
Bildirilib ki, hakim partiya parlamentin sədri vəzifəsinə Şalva Papuaşvilinin namizədliyini irəli sürəcək.