Çörəyi bəyənmədi, evdən getdi -4 aydır tapılmır
09:42 21.11.2024
Dünya
350
Bursanın Mustafakamalpaşa bölgəsində qəribə hadisə yaşanıb. Yaşlı anasının mağazadan aldığı çörəyi bəyənməyən oğul küsərək evdən gedib. 4 aya yaxındır harada olduğunu bilən yoxdur.
"Sherg.az" “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, itkin oğul Bülənt Dalğının yaşlı anası Zeliha Dalğın illər əvvəl həyat yoldaşından ayrılıb, ana-bala birlikdə yaşamağa başlayıblar. 44 yaşlı oğlunun hərəkəti üzündən ana 4 aya yaxındır göz yaşı tökür. Bülənt Dalgın 2024-cü il mayın 3-də anasının “uzun çörək əvəzinə yumru çörək alması” səbəbindən əsəbiləşərək evdən çıxıb və bir daha geri qayıtmayıb. Günlərlə yatmadan gah qapı önündə, gah da evinin eyvanında “səhər evə gələcək”, deyərək ümidlə keşik çəkən yaşlı qadının gözləri ağlamaqdan az qala kor olub. Oğlundan xəbər almayan Zeliha Dalgın efirə çıxıb və oğlunu axtardığını deyib. Təkbaşına qalan Zeliha Dalğın aldığı təqaüdlə nə evinin kirayəsini ödəyə bilir, nə də yeməyinə, ərzağa çatdıra bilir. Kirayəni ödəyə bilmədiyi üçün ev sahibi yaşlı qadından evdən çıxmasını tələb edib. Bədbəxt anaya dövlət sahib çıxıb, qadın sığınacağa yerləşdirilib. Türkiyənin Ailə və Sosial Siyasət Nazirliyi Zeliha Dalğını İnegöl Fatma Göztepe Qocalar Evinə yerləşdirib. Bülent Dalgının evdən çıxmasından isə 113 gün keçir. Hələ də izi tapılmayan Dalgınla bağlı fərqli xəbərlər verilib. Bu müddət ərzində hətta televiziya proqramlarına da çıxan qadın oğlundan heç bir xəbər ala bilmədiyini söyləyib. B.Dalğının psixoloji problemləri olduğu öyrənilib. Oğlundan danışarkən gözləri yaşla dolan Zeliha Dalgın, "əlimdən gələni etdim. Amma xəstələndim. Dövlət mənə qayğı göstərdi. Əvvəllər İstanbulda yaşayanda belə idi, harasa gedirdi, amma yenə evə dönürdü. Oğlum, sağam, salamatam de, bu mənə bəsdir”, söyləyib. Oğlu yoxa çıxandan sonra taqətdən düşdyünü bildirən yaşlı qadın, "şükür Allaha, dövlət mənə sahib çıxıb. Burada mənə yaxşı baxırlar, sağ olsunlar. Bircə oğlumdan xəbər almaq istəyirəm, başqa istəyim yoxdur”, deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Suriyada partlayış olub, ölən və yaralananlar var
15:43 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya