Hersoqdan BCM-nin qərarına reaksiya

İsrail Prezidenti İshaq Hersoq Beynəlxalq Cinayət Məhkəməsinin baş nazir Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə order verilməsi ilə bağlı qərarını tənqid edib.

Axar.az xəbər verir ki, Hersoq bunu “vicdansız və hiddətləndirən” bir qərar adlandırıb.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın “bəşəriyyətə qarşı cinayətlər və müharibə cinayətləri” ilə bağlı həbsinə order verib.