Kreml Hələbdəki vəziyyəti Suriyanın suverenliyinə qəsd adlandırıb

Kreml Hələbdəki vəziyyəti Suriyanın suverenliyinə qəsd adlandırıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Hələb ətrafındakı vəziyyətə gəlincə, bu, əlbəttə ki, regionda Suriyanın suverenliyinə qəsddir və biz Suriya hakimiyyətinin bu ərazidə tez bir zamanda asayişi və konstitusiya quruluşunu bərpa etməsinin tərəfdarıyıq”, - Peskov "Kreml Suriyada cərəyan edən vəziyyəti necə xarakterizə edə bilər? suala cavabında deyib.

Kremlin sözçüsü Suriya Prezidenti Bəşər Əsədin Rusiya Federasiyasına gəlişi ilə bağlı Teleqram kanallarının yaydığı məlumatları isə şərh etməyib.

Qeyd edək ki, dünən Rusiyanın bir neçə teleqram kanalı Əsədin Moskvada olduğunu və Rusiya prezidenti Vladimir Putinlə görüşə hazırlaşdığı haqqında məlumat yayıb.

Əsədin Hələbdə hakimiyyət qüvvələrinə qarşı müxalif qoşunların hücumları fonunda Rusiyadan yardım üçün Moskvaya səfər etdiyi bildirilib.