
Rusiya yardım edə bilmir: Əsəd rejimi devrilə bilər
Yusif Nəzərli
17:30 03.12.2024
Dünya
481
“İnsayder-T” Teleqram kanalı Rusiya Müdafiə Nazirliyindəki mənbələrə istinadla məlumat yayıb ki, Rusiya müdafiə naziri Andrey Belousov Kursk vilayətində vəziyyətin pisləşməsi ilə əlaqədar xüsusi hərbi əməliyyat zonasından Suriyaya əlavə hərbi qüvvələr göndərməkdən imtina edib.
Həmçinin məlumatda bildirilib ki, Suriya Prezidenti Bəşər Əsədin hərbi kontingentin gücləndirilməsi ilə bağlı xahişlərinə baxmayaraq, Rusiya Müdafiə Nazirliyi yaxın vaxtlarda bu məsələyə baxmağa hazır deyil.
Xatırladaq ki, Suriyada dörd illik nisbi sabitlik pozulub. Türkiyənin dəstəklədiyi “Təhrir əş-Şam” qruplaşması Hələb və İdlib şəhərlərini ələ keçirib, Həmaya isə genişmiqyaslı hücum təşkil edib.
Politoloq Əhəd Məmmədli prosesi "Sherg.az"a şərh edərkən bildirib ki, Rusiya hazırda Ukraynada ciddi itkilərə məruz qalıb:

"Bəzi məlumatlara əsasən, rəsmi Moskva Ukrayna cəbhəsində vəziyyəti möhkəmləndirmək üçün Şimali Koreyadan hərbi dəstək tələb edib. Bu cəhdlər Moskvanın Ukrayna müharibəsində üzləşdiyi itkilərin ciddiliyini bir daha ortaya qoyur. Yaxın keçmişdə Suriyada Vaqner hərbi muzdlu dəstəsi fəal şəkildə iştirak edirdi və rejimin mövqeyini gücləndirməkdə mühüm rol oynayırdı. Lakin dəstənin rəhbəri Priqojinin ölümü, eləcə də Ukrayna cəbhəsində baş verən ağır itkilər Vaqner-in hərbi və siyasi təsir gücünü əhəmiyyətli dərəcədə azaltdı. Bu gün Putin Bəşər Əsəd rejiminə yardım göndərsə belə, yardımların əvvəlki miqyasda olmayacağı gözlənilir. Bunun səbəbi həm Rusiyanın Ukrayna müharibəsinə ciddi resurs ayırması, həm də ölkədaxili vəziyyətin çətinləşməsidir. Belə bir şəraitdə Əsəd rejiminin əsas dayağı İran ola bilər. Ancaq rəsmi Tehranın da Suriyaya genişmiqyaslı yardım göstərməsi də o qədər real görünmür. Çünki İranın dəstəklədiyi Hizbullah İsraillə qarşıdurmada ciddi şəkildə zəifləyib və resurslarını bərpa etməkdə çətinlik çəkir".
Ekspert əlavə edib ki, Əsəd hakimiyyəti artıq siyasi və sosial baxımdan zəif struktura çevrilib:
"Ölkə daxilində Əsədin geniş xalq dəstəyi yoxdur. Lakin müxalifət qüvvələrində vəziyyət fərqlidir. Biz bilirik ki, Hələbi azad edən döyüşçülərin əksəriyyəti uşaq ikən müharibə səbəbilə qaçmaq məcburiyyətində qalmış insanlardır. Hesab edirəm ki, Suriyadakı proseslər iki fərqli istiqamətdə inkişaf edə bilər. Bir tərəfdən, vətəndaş müharibəsinin daha da dərinləşməsi və ölkəni daha çox xaosa sürükləməsi mümkündür. Digər tərəfdən, Bəşər Əsəd rejiminin devrilməsi ehtimalı da realdır. Hər iki ssenarinin reallaşması bölgədəki əsas güclərin mövqeyindən və beynəlxalq proseslərin gedişatından birbaşa asılıdır. Bölgədəki böyük oyunçuların – Rusiya, İran, Türkiyə və Qərb ölkələrinin – mövqeləri bu məsələdə həlledicidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi