ABŞ-nin paytaxtı Vaşinqtonda futbol üzrə 2026 FİFA Dünya Çempionatı üçün final püşkatma mərasimi keçirilir.
Axar.az xəbər verir ki, Kennedi Mərkəzində təşkil olunan tədbirdə Prezident Donald Trampla yanaşı, gələn il ABŞ-lə birlikdə Dünya Kubokuna ev sahibliyi edəcək Kanadanın Baş naziri Mark Karni və Meksika Prezidenti Klaudiya Şeynbaum da iştirak edirlər.
Mərasimin açılışında dünyaşöhrətli italiyalı tenor Andrea Boçelli çıxış edib.