Arda Gülərdən məhsuldar ötürmə: “Real Madrid” “Rasinq”i 3:0 hesabı ilə məğlub etdi

İspaniya La Liqasının 11-ci turunda “Real Madrid” səfərdə “Rasinq Santander”i 3:0 hesabı ilə məğlub edib.

Sherg.az xəbər verir ki, Xose Mourinyonun rəhbərlik etdiyi komandanın heyətində Kilian Mbappe 11-ci dəqiqədə penaltidən, Cud Bellingem 21-ci, Yan Diomande isə 36-cı dəqiqədə fərqlənib.

Bellingemin qolunda Arda Gülər məhsuldar ötürmə ilə yadda qalıb. 

Bu qələbədən sonra “Real Madrid” xallarını 27-yə çatdıraraq liderlik uğrunda mübarizəsini davam etdirib. “Rasinq”in hesabında isə 11 xal var.