Macarıstan Avropa Birliyinin Rusiya aktivlərindən istifadə edərək Ukraynaya 90 milyard avroluq maliyyə yardımını bloklayıb.
Axar.az xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.
"Macarıstan dekabrın 5-də Ukraynanı dəstəkləmək üçün avrobond emissiyasını rəsmən blokladı. Bu, AB-ni potensial “B planı”ndan məhrum etdi", - məqalədə qeyd olunub.
Bundan əvvəl diplomatik mənbə bildirib ki, AB ölkələrinin səfirləri Rusiyanın aktivləri ilə bağlı heç bir praktik qərar qəbul etməyiblər.