Moskva Vaşinqtondan Ukrayna tərəfi ilə apardıqları danışıqların nəticələri barədə məlumat gözləyir.
Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Birinci Kanalın efirində bildirib..
“Biz onların Umerovla apardıqları danışıqların təhlilini gözləyirik. Ümid edirəm ki, bu nəticələri bizimlə bölüşəcəklər. Sonra baxarıq”, - Uşakov ABŞ-dən geri dönüşün nə vaxt gözlənildiyi sualına cavab verərkən deyib.
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların Ukraynadakı münaqişənin nizamlanması üzərində “çox gərgin şəkildə” işlədiyini bildirmişdi.