Amerikalı memar Frenk Geri 97 yaşında vəfat edib

Amerikalı dünya şöhrətli memar Frenk Geri 97 yaşında vəfat edib.

APA xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.

Məlumata görə, Geri Kaliforniyanın Santa-Monika şəhərindəki evində ölüb.

Ölümün səbəbi qısa müddətli tənəffüs xəstəliyi olub.

Frenk Geri müasir memarlığın ən görkəmli simalarından biri sayılır və dekonstruktivizm cərəyanının əsas memarlarından hesab olunur.

O, 1989-cu ildə memarlığın “Nobel mükafatı” sayılan Pritzker mükafatına layiq görülmüşdü.

Geriyə məxsus ən məşhur layihələr arasında Bilbao Guggenheim Muzeyi (1997), Los-Ancelesdə Walt Disney Konsert Zalının binası (2003) və Praqadakı “Rəqs edən Ev” (1995) xüsusi yer tutur.