Rusiya və ABŞ-nin Baş Qərargah rəisləri arasında telefon danışığı olub

Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimovla ABŞ-nın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Çarlz Braun arasında telefon danışığı olub.
APA-nın xəbərinə görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat verib.
Bildirilib ki, Gerasimov həmkarını Rusiya Hərbi Dəniz Qüvvələri ilə Hərbi Kosmik Qüvvələrinin Aralıq dənizindəki təlimləri barədə məlumatlandırıb.