Lavrovdan Paşinyana CAVAB

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması ilə bağlı heç bir sənəd daxil olmayıb.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov brifinq zamanı bildirib.
O, Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistanla KTMT arasında münasibətlərdə dönməzlik məqamı barədə bəyanatını şərh edərkən bildirib: Belə bir sənəd alınmayıb. Biz bu söhbətləri eşitmişik, Ermənistanın baş naziri bu mövzu haqqında çox danışıb və parlamentdə müzakirə edib. Əminik ki, üzvlükdən maksimum istifadə etmək Ermənistanın təhlükəsizliyinin mənafeyinə uyğundur".