“Audi” 600 mindən çox avtomobili geri çağırır
Yusif Nəzərli
20:56 10.12.2024
Dünya
378
“Audi” şirkəti emissiya problemləri ilə əlaqədar dünya üzrə 604 min 543 avtomobili iki kampaniya çərçivəsində geri çağırır.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, birinci və daha böyük geri çağırma kampaniyası Federal Avtomobil Nəqliyyatı İdarəsi (KBA) tərəfindən siyahıya alınan 342 min 179 avtomobili əhatə edir. 2005-2010-cu illər istehsalı olan A4, A6 və A8 model avtomobillərin 128 min 959-u Almaniyadadır.
KBA-nın məlumatına görə, həmin avtomobillərdə emissiyaya nəzarət sistemində yaranan problemlərin aradan qaldırılması üçün mühərrikin proqram təminatının yenilənməsi nəzərdə tutulur.
İkinci geri çağırma isə 2010-2017-ci illərdə istehsal olunan 262 min 264 ədəd A4, A5, A6, A7, A8, Q5 və Q7 model avtomobilləri əhatə edir. Bu avtomobillərin isə 50 min 713-ü Almaniyadadır. Həmin avtomobillərdə işlənmiş qazın təkrar dövriyyəsi səviyyəsinin normalara uyğun gəlmədiyi bildirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Fars": İran atəşkəs dövründə müdafiə gücünü artıracaq
01:39 16.06.2026
Region
Tramp: ABŞ Hizbullahla qısa söhbət etməlidir
01:21 16.06.2026
Dünya
Ərdoğan Quterreşlə regionu müzakirə etdi
00:57 16.06.2026
Dünya
Azərbaycanda Məhərrəm ayı başlayıb
00:14 16.06.2026
Cəmiyyət
Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verib
00:00 16.06.2026
Dünya
Yekun razılaşma formalaşdırılmayıb - Pezeşkian
23:38 15.06.2026
Region
ABŞ Yaxın Şərqdəki qüvvələrini azaltmayacaq - KİV
22:59 15.06.2026
Dünya
Tramp: İranla münaqişədən sonra ABŞ Ukraynaya fokuslanacaq
22:41 15.06.2026
Dünya
Ağdamda 50 yaşlı kişi arı sancmasından şoka düşüb
22:00 15.06.2026
Hadisə
Tramp: İyunun 19-da Hörmüz boğazı tam açılacaq
21:44 15.06.2026
Gündəm
Tramp, Vens və Qalibaf sazişi imzaladılar
20:44 15.06.2026
Dünya
SSRİ Avropaya sülh və sabitlik bəxş etdi - Patruşev
20:14 15.06.2026
Dünya
Vens: İran öhdəliklərini yerinə yetirmədən pul almayacaq
19:24 15.06.2026
Dünya
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
18:28 15.06.2026
İqtisadiyyat
Hörmüz boğazından neft daşıyan gəmilərin hərəkəti bərpa olunub
18:02 15.06.2026
Gündəm