Rusiyada miqrantların uşaqları ilə bağlı SƏRT QƏRAR

Rusiyada rus dilini bilməyən miqrantların uşaqlarının məktəbə qəbulu qadağan edilib. Yeni qaydalar 2025-ci il aprelin 1-dən qüvvəyə minəcək.

Axar.az xəbər verir ki, dekabrın 11-də Dövlət Duması rus dilini bilməyən miqrant uşaqlarının məktəbə qəbulunu qadağan edən qanun layihəsini qəbul edib.

Sənədə əsasən, xarici vətəndaşlar Rusiya Federasiyasının ərazisində olmalarının qanuniliyini təsdiq edən sənəd təqdim olunmaqla təhsil müəssisələrinə qəbul ediləcəklər. Onlar, həmçinin rus dili imtahanından keçməlidirlər.