Türkiyə Suriyanın şimalında PKK ilə əlaqəli qüvvələrin mövcudluğuna son qoymağın zəruriliyi ilə bağlı ABŞ-ni xəbərdarlıq edəcək.
APA xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.
Əks halda, Ankaranın özü bölgəni terrorçulardan təmizləmək üçün tədbirlər görəcək.
Onun sözlərinə görə, Türkiyə tərəfinin bu mesajı Ankarada xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Antoni Blinken arasında dekabrın 13-nə planlaşdırılan danışıqlarda səslənəcək.