Rusiya və Hindistan arasında 13 milyard dollarlıq neft sazişi imzalanıb.
"Sherg.az" Reuters agentliyinə istinadən xəbər verir ki, "Rosneft" Hindistanın özəl neft emalı şirkəti "Reliance"ni 10 il ərzində gündəlik 500 min barel xam neftlə təmin edəcək.
Agentliyin məlumatına görə, cari qiymətlərlə bu sövdələşmə illik 13 milyard dollar təşkil edəcək və bu, Rusiya və Hindistan arasında neft tədarükü üzrə imzalanmış ən böyük sazişə çevriləcək.