Zurabişvilinin timsalında bunu görürük - Papuaşvili

Dekabrın 14-də Gürcüstanın yeni prezidenti seçiləcək Mixail Kavelaşvili Salome Zurabişvili kimi xarici təsirlərə məruz qalmayacaq.
Axar.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.
“Mixail Kavelaşvili elə bir insandır ki, onun vətənpərvərliyinə dair bir sual belə yoxdur. Müasir dünyada bu, xüsusilə vacibdir. Bizim kimi kiçik və regional münaqişələrdən sığortalanmayan bir ölkə üçün heç bir xarici qüvvənin təsiri altına düşməyən prezidentin olması vacibdir. Bunu birbaşa xaricdən idarə olunan xanım Salome Zurabişvilinin timsalında görürük”, - o bildirib.

Qeyd edək ki, hakim Gürcü Arzusu Partiyası Gürcüstan prezidenti postuna keçmiş futbolçu, hazırkı deputat Mixail Kavelaşvilinin namizədliyini irəli sürüb.