ABŞ və Türkiyə Suriyada keçid hökuməti formalaşdırmağa razılaşıb

ABŞ və Türkiyə arasında Suriya böhranının həllinə dair razılığa gəlinib.
APA-nın “The Washington Post“a istinadən xəbərinə görə, bu barədə Birləşmiş Ştatların dövlət katibi Antoni Blinken Türkiyənin XİN başçısı Hakan Fidanla görüşdən sonra məlumat verib.

Onun sözlərinə görə, bu məqsədlə keçid hökuməti formalaşdırılacaq.

Yeni hökumətin fəaliyyət istiqamətlərinə gəlincə, bu, ilk növbədə qadınların, o cümlədən etnik və dini azlıqların hüquqlarının müdafiəsini özündə ehtiva edəcək.