20 ölkə 2050-ci ilə qədər yoxsul qalacaq

Dünya Bankı 26 aşağı gəlirli ölkədə insanların gündə 2,15 dollardan az vəsaitlə yaşadığını açıqlayıb. Onlardan 22-nin Afrikada yerləşdiyi qeyd edilib.

Teleqraf.com xəbər verir ki, bankın “Qlobal İqtisadi Perspektivlər” hesabatına görə, qarşıdakı 25 il dünyanın ən yoxsul 26 ölkəsinin orta gəlir səviyyəsinə çatması baxımından kritik olacaq. 2050-ci ilə qədər onlardan yalnız altısının orda gəlirli ölkə kateqoriyasına yüksələcəyi ehtimal edilir. Qeyd edilir ki, bu ölkələrdə gündəlik 2,15 dollardan az pul qazananlar əhalinin 40 faizini təşkil edir. Aşağı iqtisadi artımla yanaşı, tez-tez iqtisadi böhranlar və artan siyasi münaqişələr də irəliləyişi ləngidir. Sənəddə Hindistan, İndoneziya və Banqladeş kimi ölkələr də daxil olmaqla 39 ölkə orta gəlirli kateqoriyaya aid edilib. 2010-cu ildən aşağı gəlirli kateqoriyaya daxil edilən Suriya və Cənubi Sudanın iqtisadi durğunluq dövrünə qədəm qoyduğu bildirilib. Vurğulanıb ki, son 15 ildə bu ölkələrdə adambaşına düşən ümumi daxili məhsul illik cəmi 0,1 faizdən az artıb. O da vurğulanır ki, on yeddi ölkə münaqişə və ya qeyri-sabitlikdən əziyyət çəkir. Onların iqtisadiyyatlarında ressesiya inkişaf etməkdə olan iqtisadiyyatlardan 20 dəfə yüksəkdir. Belə ki, bu dövlətlərin yarısının dənizə çıxışı yoxdur. Eləcə də yoxsul ölkələrin əhatəsində yerləşdirlər. Bu da onların ticarət vasitəsilə iqtisadi artımı təmin etmək imkanlarını məhdudlaşdırır.

Qeyd edək ki, “Qlobal İqtisadi Perspektivlər” hesabatının tam mətni 2025-ci il yanvarın 14-də yayımlanacaq. 21-ci əsrin əvvəllərində 63 ölkə Dünya Bankı tərəfindən “aşağı gəlirli ölkələr” kateqoriyasına daxil edilib. Hindistan, İndoneziya və Banqladeş də daxil olmaqla, onlardan 39 ölkə son illər orta gəlirli qrupa əlavə edilib. 2023-cü ilə qədər bu dövlətlərdə adambaşına düşən illik gəlir 1145 ABŞ dollarını keçib. Təhlillər göstərir ki, yoxsul kimi təsnif edilən yalnız altı ölkənin 2050-ci ilə qədər orta gəlirli ölkələrə çevrilmək şansı var.