Kerç boğazında tanker batır

"Volqoneft" tankeri Kerç boğazında qəza vəziyyətindədir.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, 4 tondan artıq mazut daşıyan tankerdə 13 heyət üzvü var.

Qeyd edilib ki, fırtına zamanı tankerin burun hissəsi qopub, 13 heyət üzvü tankerin arxa hissəsindədir.

Sahildən 8 km uzaqlıqda olan tankerdə xəsarət alanlar və mazutun dənizə axması ilə bağlı məlumat daxil olmayıb. Xilasetmə əməliyyatına başlanılsa da, fırtına səbəbindən aviasiyanın havaya qaldırılması mümkün olmur.