İtaliyanın "Yuventus" klubu XXI əsrin antirekorduna imza atıb.
"Report" "Opta Sport"a istinadən xəbər verir ki, bu 16-cı turda "Venesiya" ilə görüşdən (2:2) sonra reallaşıb.
Turin təmsilçisi A Seriyasının geridə qalan 16 turunda cəmi 6 qələbə qazanıb, qalan 10 görüşü heç-heçə ilə başa vurub. Komanda16 matçdan sonra bu qədər qələbəni yalnız 1998/1999 mövsümündə qazanıb.
Qeyd edək ki, "Yuventus" hazırda turnir cədvəlində altıncı yerdədir. 16 oyunda 28 xal toplayan Turin klubu bu mövsüm A Seriyasında məğlubiyyəti olmayan yeganə komandadır.