Mourinyodan xüsusi transfer tələbi! İtaliyadan ulduz adı istəyir

“Beşiktaş” və “Atletik Bilbao”ya ardıcıl məğlubiyyətlə sarsılan  “Fənərbaxça”da transfer cəhdləri davam edir. Medina və Anderson Taliscanın adları uzun müddətdir gündəmdə olsa da, xüsusi ad portuqaliyalı baş məşqçi Joze Mourinyodan gəlib.

Sherg.az türk mediasına sitinadən xəbər verir ki, Oostervolde zədələndikdən və mövsümü başa vurduqdan sonra fasilə zamanı müdafiəni gücləndirməyi hədəfləyən Joze Mourinyo İtaliyadan xüsusi ad istəyib.

İtaliya mətbuatında yer alan xəbərə görə, "Fənərbaxça" "Fiorentina"dan ayrılması gündəmdə olan italyan sol cinah müdafiəçisi Kriştiano Biraqi ilə maraqlanır.


Joze Mourinyonun Biraqinin transferini rəhbərlikdən xüsusi olaraq istədiyi və "Fənərbaxça" rəhbərliyinin Biraqi üçün "Fiorentina" ilə təmaslara başladığı bildirilib.

32 yaşlı italiyalı sol cinah müdafiəçisi bu mövsüm "Fioretina"nın heyətində 13 matçda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.