Asim Xudiyev UEFA-dan təyinat aldı

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA Region Kuboku 2026/2027 turnirinin qrup mərhələsinin üç oyununda hakim-inspektor kimi fəaliyyət göstərəcək.

Teleqraf xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Oktyabrın 15-dən 21-dək Sloveniyada təşkil olunacaq mini-turnir 2-ci qrupun oyunlarını əhatə edəcək.