Belqorodda PUA zərbəsi: 9 yaşlı uşaq ölüb, ana və bacısı yaralanıb

Ukrayna Rusiyanın Belqorod vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə 37 dəfə zərbə endirib.

APA-nın xəbərinə görə, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov bildirib.

PUA hücumu nəticəsində Belqorod vilayətində 9 yaşlı uşaq ölüb, anası və 7 aylıq bacısı xəstəxanaya yerləşdirilib.