Dekabrın 13-də İsrail və İordaniyanın hərbi və təhlükəsizlik idarələrinin nümayəndələri Suriyadakı vəziyyətlə bağlı məsələləri əlaqələndirmək üçün gizli danışıqlar aparıblar.
APA xəbər verir ki, bu barədə şənbə günü “Axios” portalı öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə tərəflər Suriyadakı vəziyyəti, İsrail və İordaniyanın hazırda keçid hökumətini formalaşdıran qruplarla qarşılıqlı fəaliyyətini müzakirə ediblər.
İclasda İordan çayının qərb sahilinə silah qaçaqmalçılığı təhlükəsinin artması mövzusu qaldırılıb ki, bu da Fələstin ərazisində vəziyyətin gərginləşməsinə səbəb ola bilər.
Suriya ilə həmsərhəd olan İsrail və İordaniya ümumi təhlükəsizlik problemlərini həll etmək üçün birgə işləmək istədiklərini bildirirlər.
İordaniya İsrail və Suriya qrupları, o cümlədən “Heyət Təhrir əl-Şam” arasında əsas vasitəçidir.